Sağlamlıq

Moderna-nın koronavirus peyvəndi ümidləri artırıb

Moderna Inc. şirkətinin təcrübi bir peyvəndi, insan üzərində təcrübələrdən əldə edilən məhdud məlumatlara görə, bu peyvənd immunitet sisteminin koronavirusu rədd etməsinə kömək edə bilər. 

ABŞ-ın biotexnologiya şirkəti Moderna, üzərində çalışdığı Kovid-19 peyvəndinin 45 adam üzərində aparılmış ilk mərhələ sınağında müsbət nəticə əldə edildiyini açıqlayıb.

ENA.az xəbər verir ki, Moderna, ABŞ hökumətilə birlikdə icra edilən araşdırmanı daha geniş bir test mərhələsinə keçirmək istəyir.

Sosial məsafəyə son qoyulması, iqtisadiyyatların, məktəblərin və tədbirlərin yenidən etibarlı bir şəkildə açılması üçün peyvənd bütün dünyada kritik əhəmiyyətdədir.

Yeni koronavirusa 4.8 milyondan çox insanın yoluxduğu aşkarlanıb və 320 mindən çox ölüm var.

Dərman istehsalçıları, alimlər və hökumətlər koronavirusa peyvənd tapmaq üçün yarışırlar.

Xəbərin ardından Moderna şirkətinin səhmləri 26% bahalaşıb.

ABŞ şirkətlərinin səhmləri, peyvənd sınaqlarının ilk nəticələrinin ümidləri artırması ilə bahalaşıb.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department