Dollara tələb artdı - VALYUTA HƏRRACI
![](https://ena.az/uploads/news/2020-05/_ena_027dc9c868b0e10c6cdc326da_o.jpg)
Bu gün Mərkəzi Bankda (AMB) Azərbaycan Dövlət Neft Fondunun iştirakı ilə növbəti valyuta hərracı keçirilib.
ENA.az bu barədə Mərkəzi Banka istinadən xəbər verir.
Məlumatda deyilir ki, ABŞ dollarına tələb mayın 12-nə nisbətən 6,8 milyon ABŞ dolları və yaxud təxminən 14,2% artaraq 54,7 milyon ABŞ dolları təşkil edib. Bununla belə, tələb tam ödənilib.
Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 AZN/USD səviyyəsində formalaşıb.