DTX və Baş Prokurorluq DSX-də əməliyyat keçirdi - YENİLƏNİB
Dövlət Təhlükəsizliyi Xidməti (DTX) və Baş Prokurorluq tərəfindən həyata keçirilmiş birgə əməliyyat-istintaq tədbirləri nəticəsində Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin vəzifəli şəxslərinin qanunazidd əməllərinin qarşısı alınıb.
ENA.az xəbər verir ki, bu barədə DTX-nin rəsmi saytı məlumat yayıb.
"Hazırda araşdırmalar davam etdirilir. İctimaiyyətə əlavə məlumat veriləcək", - məlumatda qeyd olunub.
***
“BakuPost”un məlumatına görə, əməliyyat zamanı Lənkəran, Neftçala və Xaçmaz rayonlarının Sahil Mühafizə idarələrinin rəisləri saxlanılıb. Hazırda idarələrin əməkdaşları və balıqçılıqla məşğul olan şəxslərin dindirildiyi bildirilir.