Bu qurumların rəhbərliyini ölkə prezidenti formalaşdıracaq
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti, Əmlak Məsələləri Dövlət Xidməti və Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin hər birinin rəhbərliyi rəisdən və onun 4 müavinindən ibarətdir.
ENA.az xəbər verir ki, bu, adıçəkilən qurumların bu gün təsdiq edilmiş əsasnamələrində öz əksini tapıb.
Eləcə də bax: Prezident 3 dövlət xidmətinin əsasnaməsini TƏSDİQ ETDİ
Sənədlərə əsasən, hər 3 dövlət xidmətinin rəhbərliyini ölkə prezidenti formalaşdıracaq. Beləliklər, söhbət ümumilikdə 15 vəzifəyə təyinatdan gedir.