Sağlamlıq

Son bir gündə koronavirusa 95,8 min insan yoluxub

Dünyada koronavirusla bağlı təsdiq edilmiş ölüm hallarının sayı gün ərzində 6 mindən çox artaraq, 265 mini ötüb.

Ümumdünya Səhiyyə Təşkilatı bildirib ki, dünyada COVID-19-a yoluxanların sayı 3,8 milyonu ötüb.

ÜST-ün məlumatına görə, ayrı-ayrı qitələrdə koronavirusa ümumilikdə 3 855 812 yoluxma və 265 862 ölüm qeydə alınıb. Virusa yoluxanların sayı son sutkada daha 95 845 nəfər, ölənlərin sayı 6 388 nəfər artıb.

COVID-19-a ən çox yoluxma və ölüm Avropada qeydə alınıb. Köhnə qitədə virusa 1 682 338 nəfər yoluxub, 154 233 insan ölüb. Son 24 saatda COVID-19 xəstələrinin sayı 27 993 nəfər artıb, daha 2 054 nəfər ölüb.

Şimali və Cənubi Amerikada 1 636 841 insan koronavirusa yoluxub, 91 893 nəfər ölüb. Bu region son sutkada koronavirusa yoluxanların sayına görə Avropanı üstələyib. Qitədə daha 50 712 nəfərdə COVID-19 infeksiyası aşkarlanıb.

Amerika qitəsi həmçinin bir gün ərzində ölənlərin sayına (3 963) görə də Avropanı üstələyib.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 210 ölkə və bölgədə qeydə alınıb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)