MALİYYƏ

Valyuta hərracı keçirildi - NƏTİCƏ

Bu gün Mərkəzi Bankda (AMB) Azərbaycan Dövlət Neft Fondunun iştirakı ilə növbəti valyuta hərracı keçirilib.

ENA.az bu barədə Mərkəzi Banka istinadən xəbər verir.

Məlumatda deyilir ki, ABŞ dollarına tələb aprelin 30-na nisbətən 6,3 milyon ABŞ dolları və yaxud təxminən 9,1% azalaraq 62,9 milyon ABŞ dolları təşkil edib. Bununla belə, tələb tam ödənilib.

Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 AZN/USD səviyyəsində formalaşıb.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department