“Vəziyyətdən asılı olaraq karantin gərəkli olduğu qədər davam edəcək”
“Xəstəlik epidemiya halını alırsa, karantin mütləqdir. Vəziyyətdən asılı olaraq karantin gərəkli olduğu qədər davam edəcək”
ENA.az xəbər verir ki, bu barədə AzTV-nin “Hədəf” verilişində qonaq olan Azərbaycanın səhiyyə naziri Oqtay Şirəliyev məlumat verib.
O bildirib ki, bir xəstə bir neçə adamı yoluxdura bilər:
“Burada epidemioloji nəzarət çox önəmlidir. Bu gün ölkədə 1678 nəfərdə COVİD-19-a yoluxma qeydə alınıb. 8 minə qədər insana isə COVİD-19 testi edilib. Digər ölkələrlə müqayisədə Azərbaycanda xəstəxanalarda, xəstələrin müalicəsində heç bir problem yoxdur. Bəzi ölkələrdə xəstəxanalarda yer olmadığından problem yaşanır. Bizdə pandemiya ilə bağlı xəstəxanalar tikilir. Regionlarda da xəstəxanalarda zəruri şərait yaradılıb. Bütün bunlar vacib məsələdir”.
O.Şirəliyev onu da vurğulayıb ki, bütün tükdilli ölkələrin səhiyyə nazirlikləri arasında ortaq səhiyyə təşkilatı yaradılmalıdır:
“Bu, ölkə başçısı İlham Əliyevin irəli sürdüyü fikir idi. O türkdilli dövlətlər arasında təşkilatın yaradılmasının çox önəmli olmasını diqqətə çatdırdı. Epidemioloji vəziyyətlə əlaqədar işçi qrupunun yaradılması ilə bağlı qərar fikirləşirəm ki, qəbul olundu. Bu, pandemiya əleyhinə bütün ölkələrin apardığı tədbirləri bölüşərək, vəziyyəti nəzarətdə saxlaya biləcək”