Birja

Neft bazarında çökmə birjalara da təsir etdi

Dünən WTI markalı neftin ilk dəfə olaraq mənfi qiymətlərədək ucuzlaşması nəticəsində bu gün Nyu-York Fond Birjasında (NYSE) keçirilən hərrac zamanı əsas indekslər kəskin ucuzlaşıb.

ENA.az xəbər verir ki, hərracın əvvəlində “Dow Jones” sənaye indeksi 539 faiz bəndi (2,28 faiz) azalaraq 23.110 faiz bəndinə, ABŞ-ın 500 ən iri şirkətini əhatə edən “S&P 500” indeksi 46,05 faiz bəndi (1,63 faiz) azalaraq 2.776 faiz bəndinə, “Nasdaq” elektron birjasının indeksi də 87,04 faiz bəndi (1,02 faiz) azalaraq 8473 faiz bəndinədək geriləyib.

Belə ki, WTI markalı neft hərracın əvvəlində 14,29 ABŞ dollarından satılıb.

Vəziyyəti şərh edən WSJ koronavirusun yayılmasına qarşı görülən tədbirlərin dünya neft bazarına ağır zərbə vuraraq onu “ölüm ayağına” gətirib çıxardığını yazıb.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)