Sağlamlıq

Bu peyvənddən istifadə olunan ölkələrdə koronavirus az yayılıb - ABŞ ALİMİNDƏN ARAŞDIRMA

Cons Hopkins Universiteti tərəfindən aparılan araşdırmada, vərəmə qarşı məcburi peyvənd olunan ölkələrdə koronavirus ölümünün peyvənd olunmayan ölkələrə nisbətən daha aşağı olduğu müəyyən edilib.

ENA.az xarici KİV-ə istinadən xəbər verir ki, ABŞ-ın Yale Universitetinin İmmunobiologiya və Molekulyar, Hüceyrə və İnkişaf Biologiyası professoru və "Howard Hughes" Tibb İnstitutunun dosenti. Dr. Akiko İvasaki də tvitter hesabında vərəm peyvəndinin koronavirusla mübarizədə təsirli ola biləcəyini göstərən bir yazı paylaşıb.

Vərəm əleyhinə peyvəndlərin uşaqlıqda “məcburi” kimi qəbul edən ölkələrdə koronavirus hallarının az göründüyünü qeyd edən İvasaki, hipotezlə əlaqəli bəzi sənədləri paylaşıb. Məşhur professorun paylaşdığı qeydlərdə dünyanın bir çox ölkəsində elm adamlarının bu fərziyyə üzərində çalışdıqları da bildirilib. Ölkələrə görə peyvənd etmə siyasətini göstərən bir xəritənin da paylaşıldığı qeydlərdə, Türkiyənin də içində olduğu bir çox ölkədə, Avstraliya, İsveç, İngiltərə, İspaniya, Almaniya və Fransa da daxil peyvənd proqramlarının illər əvvəl dayandırıldığı, bunun ABŞ və İtaliya kimi ölkələrdə heç vaxt tətbiq olunmadığı qeyd edilib.

Bu tezisə əsaslanaraq, peyvəndin istifadə edilmədiyi və ya proqramın dayandırıldığı ölkələrdə yüksək ölüm nisbətlərinə diqqət çəkilib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department