Çində koronavirusa yoluxanların sayı artdı
Çində son sutka ərzində 62 yeni koronavirusa yoluxma halı qeydə alınıb, 2 nəfər dünyasını dəyişib, 112 pasiyent sağalıb. “Qafqazinfo” “RİA Novosti”yə istinadən bildirir ki, bu barədə ölkənin Səhiyyə Məsələləri üzrə Dövlət Komitəsi məlumat yayıb.
Qeyd edilir ki, 62 yeni yoluxma halından 59-u ölkə xaricindən gələn şəxslərdə aşkar olunub, digər üçü yerlidir (ikisi Şandun əyalətində, biri Quandun əyalətində).
Pandemiyanın ocağı Hubey əyalətində koronavirusa yoluxma halı qeydə alınmayıb, 69 pasiyent xəstəxanalardan buraxılıb, 1 nəfər dünyasını dəyişib.
İndiyədək Hubey əyalətində 67 803 yoluxma halı qeydə alınıb (50 008-i Uhanda), 64 142 nəfər sağalıb, 3 213 pasiyent vəfat edib (2 572-i Uhanda). Hazırda əyalətdə 448 nəfər xəstə var (445-i Uhanda), onlardan 158-i (155-i Uhanda) ağır vəziyyətdədir.