Sağlamlıq

Moody’s: Koronavirusla mübarizə ABŞ iqtisadiyyatının 29% -ni İFLİC ETDİ

Yeni koronavirus infeksiyasının yayılması ilə mübarizə ABŞ iqtisadiyyatının 29%-ni iflic edib. Bu qiymətləndirmə  “Moody’s” beynəlxalq reytinq agentliyinin analitika bölməsində bazar günü dərc olunub.

ENA.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.

Xatırladaq ki, ABŞ-ın 41 ştatında koronavirusun yayıması ilə əlaqədar olaraq bir sıra məhdudlaşdırıcı tədbirlər tətbiq olunub. Kaliforniya ştatında ÜDM gündə 31,5% (2,8 milyard dollar), daha 15 ştatda isə 40% (12,5 milyard dollar) azalıb.

Qeyd edildiyi kimi, ölkənin paytaxtında və daha 30 ştatda itkilər gündə 4,9 milyard dollar təşkil edir.

Reytinq agentliyinin aparıcı analitiki Mark Zandi qeyd edir ki, əgər bu tendensiya davam etsə, ABŞ-ın ÜDM-u 75% azalacaq.

Xatırladaq ki, yeni koronavirus infeksiyası ən çox ABŞ-da yayılıb. Qiymətləndirmələrə görə, hal-hazırda ölkədə 312,2 mindən çox adam yoluxub, onlardan 8 503 dünyasını dəyişib, 15 021 nəfər isə sağalıb.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)