Sosial iqtisadiyyat

Azərbaycanda icra başçısının müavini vəzifəsindən AZAD EDİLDİ

Gəncənin icra başçısının müavini vəzifəsindən azad edilib.

ENA.az xəbər verir ki, Gəncə şəhər İcra Hakimiyyəti Başçısının müavini, Şəhər təsərrüfatı şöbəsinin müdiri Mikayıl Zeynalov işdən çıxarılıb. 

Onun öz ərizəsi ilə vəzifədən getdiyi bildirilir. 

Qeyd edək ki, M.Zeynalov 2011-ci ildən 2013-cü ilədək Gəncə şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi, 2013-ci ildən 2015-ci ilədək Gəncə Şəhər İcra Hakimiyyəti Başçısının I müavini, 2015-ci ilin mart ayından isə Gəncə Şəhər İcra Hakimiyyəti Başçısının Şəhər təsərrüfatı məsələləri üzrə müavini vəzifəsində çalışırdı.

Onun yerinə təyinat olmayıb.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department