Azərbaycandan 3 milyarddan çox vəsait çıxarılıb
2019-cu ildə Azərbaycandan 3 milyard 222,1 milyon dollar məbləğində kapital çıxarılıb. Bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) dərc etdiyi tədiyə balansına dair məlumatda qeyd olunur.
2018-ci ildə Azərbaycandan $3 milyard 156,2 milyon məbləğində kapital çıxarılıb. Beləliklə, hesabat dövründə Azərbaycandan kapitalın çıxarılma həcmi 2,1% artıb.
Eyni zamanda, 2019-cu ilin IV rübündə kapitalın repatriasiya həcmi 2019-cu ilin III rübündə qeydə alınmış $969,7 milyona, II rübdə $655,1 milyona və I rübdə $740,8 milyona qarşı $856,5 milyon təşkil edib.
AMB qeyd edir ki, 2019-cu ildə Azərbaycanın rezidentləri xarici kreditlər üzrə $474,7 milyon (2018-ci ildə $488,2 milyon) məbləğində faiz ödənişi həyata keçiriblər.
2018-ci ildə Azərbaycandan çıxarılan kapitalın həcmi 2017-ci illə müqayisədə 11,9% artıb.