Sosial iqtisadiyyat

Bakı metrosunda sıxlıq yarandı

Bu gündən Azərbaycanda xüsusi karantin rejiminin tələbləri daha da gücləndirilib.

ENA.az xəbər verir ki, tələblərdən biri Bakı Metropoliteninin müəyyən saatlarda işləməsidir.

Belə ki, metro gündüz 07:00-09:00 və axşam 17:00-20:00 arası işləyəcək. Artıq səhər saatlarında metronun açılmasını gözləyən xeyli insan stansiyalara toplaşıb.

Bu isə xüsusi karantin rejiminin tələblərinin pozulmasıdır. Tələbə əsasən, 10-dan çox insan bir yerə toplaşmamalıdır. 

 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)