Azərbaycanda fövqəladə vəziyyətin elan edilməsi gözlənilirmi? - RƏSMİ CAVAB
Azərbaycanda fövqəladə rejimin elan olunmasına hələ ehtiyac duyulmur.
ENA.az xəbər verir ki, bunu Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov deyib.
O bildirib ki, fövqəladə vəziyyətin elan edilməsi yenə də istisna da edilmir: "Əgər ölkədə vəziyyət əhalinin təhlükəsizliyinə yönələn şəkildə davam edərsə, fövqəladə vəziyyət elan edilə bilər".