Sağlamlıq

Nazir müavini: Azərbaycanda 61 xəstədən yalnız 30-u xaricdən gələnlərdir

Hazırda Azərbaycanda koronavirusdan yoluxmuş 61 xəstə var. Bu xəstələrdən 30-u xaricdən gəlmiş insanlarda aşkar edilib. ENA.az xəbər verir ki, bu barədə Operativ Qərargahda səhiyyə nazirinin müavini Viktor Qasımov  açıqlama verib. 

Onun sözlərinə görə, martın əvvəllərinə qədər yoluxma xaricdən gələnlərdə aşkar edilirdi, amma sonrakı müddətdə daxili yoluxma halları da aşkar edilib. V.Qasımovun sözlərindən belə çıxıb ki, 61 xəstədən 31-i daxili yoluxma nəticəsində baş verib.

"Bu xəstəliyə yoluxanlar əsasən cənub bölgəsində daha çoxdur. Çünki İranla sərhədlər hələ tam bağlanmamışdı, xüsusən İranla bağlı. Soydaşlarımız daxil olmuşdu, onların arasında xəstəliyi gəzdirənlər də var idi. Daxili yoluxmalar əsasən aparılan testlər nəticəsində aşkar olundu".  

Qeyd edək ki, hazırda Azərbaycanın qonşuları ilə sərhədləri bağlanıb. 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)