Sağlamlıq

Merkel karantinə alındı: Həkimi koronovirus imiş

Almaniya Federativ Respublikasının kansleri Angela Merkel ev karantininə göndərildi. ENA.az xəbər verir ki, xarici mətbuatın yazdığına görə, kansler bu günlərdə koronavirusa yoluxmuş həkimlə təmasda olub.

Bu barədə Almaniya Nazirlər Kabinetinin rəsmi nümayəndəsi Şteffen Zaybert bildirib.

"Mətbuat qarşısında bugünkü çıxışdan sonra kanslerə məlumat verdilər ki, onu cümə günü profilaktiki peyvənd edən həkimin koronavirus testi müsbət nəticə verib. Kansler dərhal ev karantininə getməyə qərar verdi", - deyə Zaybert bildirib.

Onun sözlərinə görə, kansler yaxın günlərdə virusla bağlı testlər verəcək. "Kansler həmçinin ev karantinində xidməti vəzifələrini yerinə yetirəcək", - Nazirlər Kabinetinin nümayəndəsi bildirib.

Qeyd edək ki, bugünkü mətbuat konfransında Almaniya kansleri Angela Merkel, ölkə daxilində koronavirusunun yayılmasına qarşı ən azı 2 həftə müddətində məhdudiyyətləri sərtləşdirdiyini bəyan etmişdi. O, ailələr və birlikdə yaşadıqları istisna olmaqla, 2-dən çox insanın bir yerdə oturmasını qadağan edilb.

Rəsmi məlumatlara görə, AFR-də koronavirusa yoluxanların ümumi sayı 18,6 min nəfər təşkil edir. Ölkədə 55 nəfər COVID-19 infeksiyasından ölüb.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)