Azərbaycan şirkəti həkimlərə və yaşlılara pulsuz - XİDMƏT GÖSTƏRƏCƏK
Aparıcı telekommunikasiya operatorlarından olan “Ultel” şirkəti koronavirus epidemiyası şəraitində ən çox əziyyət çəkən səhiyyə işçilərinə və yaşı 60-dan yuxarı olan şəxslərə TV xidmətinə qoşulduqda ilk 6 ay pulsuz xidmət göstərməyə qərar verib.
ENA.az məlumat verir ki, bununla “Ultel” yaranan şəraitdə ən həssas kateqoriyadan olan insanlara öz töhfəsini verir. Şirkət Bakı şəhərinin müxtəlif ərazilərində telefon, internet, kabel TV, IP-TV və sair rabitə xidmətləri göstərir. Şirkətin əsas hədəfi – insanların keyfiyyətli rabitəyə olan tələbatını daha çevik və əlçatan etməkdir.
Günü-gündən yenilənən şirkət ən son və müasir texnologiyalar tətbiq etməklə, abunəçilərinə yeni xidmətlər təklif edir. Özünə məxsus olan optik şəbəkə üzərindən yaşayış və qeyri-yaşayış binalarına, o cümlədən Bakı şəhərinin ən böyük iş mərkəzlərinə optik ortam üzərindən xidmət göstərir.
Hazırda “Ultel” Bakı şəhərinin hər yerində arzu olunan rabitə operatorudur. İstər yaşayış, istərsə də qeyri-yaşayış sektoruna xidmət göstərməkdə böyük səriştəsi olan “Ultel” kollektivi, xidmətlərin daha da təkmilləşdirilməsini özünə əsas hədəf olaraq seçmişdir. Bununla belə, “Ultel” göstərdiyi xidmətlərin keyfiyyəti haqqında daim abunəçilərin rəyini izləyir, onların arzuları və tövsiyələrini nəzərə alaraq öz işində müəyyən yeniliklər tətbiq edir.