Sosial iqtisadiyyat

Lider TV-nin yayımı dayandırılıb

Artıq bir neçə saatdır Lider TV-nin yayımı dayandırılıb.

ENA.az xəbər verir ki, dünən saat 22:01-də efirə gedən “Gecənin sehri” verilişi başlayandan sonra efir yarıda kəsilib.

Hazırda telekanalın yayımı işlək deyil. Məsələ ilə bağlı rəsmi mövqe öyrənmək mümkün olmayıb.

Qeyd edək ki, Lider TV 2000-ci ildən fəaliyyət göstərir.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)