“Bakı Fond Birjası”nın komitə və komissiyaları yenidən formalaşdırılıb
“Bakı Fond Birjası” QSC-nin (BFB) Listinq Komitəsinin üzvü olan Müsayib Mehdiyev Komitənin sədri seçilib.
ENA.az bu barədə Birjaya istinadən xəbər verir.
Məlumata görə, Listinq Komitəsinin tərkibi də yenilənib. Belə ki, indiyə qədər Komitənin üzvü olan Mətin Yolçiyev və İbrahim Mustafayev vəzifələrindən azad edilib, onların yerinə Urfan İbrahimov, Könül İbrahimova və Rüstəm Kiyamov seçilib, Murad Yəhyayev isə üzv olaraq qalıb.
Bundan başqa, BFB-nin Mübahisələrin həll edilməsi Komissiyasının tərkibinə yenidən baxılıb. Belə ki, indiyə qədər Komissiyanın üzvü olan Seyid Həsənov və Müseyib Mehdiyev vəzifələrindən azad edilib, onların yerinə Əli Hüseynli və Ləman Qurbanova seçilib.
BFB-nin Üzvlük Komissiyasında da dəyişikliklər olub. Belə ki, Komissiyaya sədrlik edən Mətin Yolçiyev İbrahim Mustafayevlə əvəz edilib, indiyə qədər Komissiyanın üzvləri olan Murad Yəhyayev və Urfan İbrahimov vəzifələrindən azad edilib, onların yerinə Ayan Rzayeva seçilib, Vladeslav Valeskiy isə üzv olaraq qalıb.