Birja

Rusiyanın fond bazarı çökdü

Rusiyanın fond bazarının açılışı 10% geriləyib.

ENA.az Rusiya KİV-nə istinadən xəbər verir ki, bütün aparıcı birjalarda geriləmə müşahidə olunur. Nyu-Yorkun S&P 500 indeksi 7%, Dow Jones 7,8% və NASDAQ Composite isə 7,3% azaldığı üçün birjalar bağlanıb.

Bazarın çöküşü Səudiyyə Ərəbistanı ilə Rusiya arasında OPEK+ razılaşmasının çökməsinə görə başlayıb. Neft 21,1% ucuzlaşaraq 35,7 dollar həddinə geriləyib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)