Gömrük orqanlarının xətti ilə büdcə daxilolmaları artıb
2024-cü ildə Azərbaycanın dövlət büdcəsinə gömrük daxilolmaları 6 milyard 648,705 milyon manat təşkil edib.
ENA.az Dövlət Gömrük Komitəsinə (DGK) istinadən xəbər verir ki, bu, 2023-cü illə müqayisədə 4,9 % çoxdur.
O cümlədən, son 1 ildə gömrük rüsumları üzrə daxilolmalar 23,2 % artaraq 2 milyard 004,66 milyon manat, əlavə dəyər vergisi (ƏDV) üzrə daxilolmalar 1,1 % azalaraq 4 milyard 395,227 milyon manat, aksizlər üzrə daxilolmalar 8,9 % azalaraq 204,371 milyon manat, yol vergisi üzrə daxilolmalar isə azalaraq 3,8 % artaraq 44,445 milyon manat olub.