Birja

SOCAR daxili bazardan 200 mln. dollar borc cəlb edir

14 yanvar 2025-ci il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə Azərbaycan Respublikasinin Dövlət Neft Şirkətinin istiqrazlarının ticarətə buraxılması üçün “Ticarətə Qəbula İcazə” qərarı verilib.

Qeyd olunan istiqrazların yerləşdirilməsi onların Bakı Fond Birjasında ticarətə buraxılmasından sonra baş tutacaq.

İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:

Emitentin adı Azərbaycan Respublikasinin Dövlət Neft Şirkəti
Dövlət qeydiyyat nömrəsi – İSİN AZ2003019893
İstiqraqzların növü və forması İstiqraz faizli, təmin edilməmiş sənədsiz adlı
Ticarət üsulu/forması Kütləvi / Abunə yazılışı
İstiqrazların sayı 200,000 (ədəd)
İlkin ticarət qiyməti 1000 ABŞ dolları
Buraxılış həcmi 200,000,000 ABŞ dolları
İllik gəlirlilik faizi 6%
Ödəmə periodu İlk istiqrazın yerləşdirildiyi tarixdən etibarən hər 3 (üç) aydan bir (ayda günlərin sayı 30 (otuz) götürülməklə) olmaqla
Tədavül müddəti 5 il
Ticarətə buraxılma tarixi İstiqrazların yerləşdirilməsinə onların fond birjasında ticarətə buraxılmasından sonra baş tutacaq.
Anderrayter “PAŞA Kapital İ.Ş.” QSC
Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)