Ən çox mənfəət götürən banklar hansılardır? - 22 BANKIN RENKİNQİ
Bank lisenziyasına malik 22 kredit təşkilatının açıqladığı rəqəmə görə, sektorun ümumi mənfəəti 1 milyard 120 milyon 801 min manatdır. 22 bankdan 21 bank 2024-cü ili mənfəətlə bitirib. Təmiz mənfəətin həcminə görə, 3 flaqman bank bunlardır: ABB, PAŞA Bank, Kapital Bank. Əslində, ÜÇLÜK artıq bir neçə ildir ki, bu sırada qərarlaşıblar. Ötən illə müqayisə yeganə fərq renkinqdə tutduğu yerə görə PAŞA Bank ilə Kapital Bankın sıralamasındadır.
PAŞA Bank onunla eyni Holdinqdə olan KapitalBankı ötüb.
Mənfəətdən nə qədər pay götürdüklərinə baxsaq, kifayət qədər ciddi rəqəmlərdir. 3 bank ümumi mənfəətin 62 faizini götürüb - 690 milyon 771 min manat!
Halbuki, 2023-cü ilin yekunları üzrə bu üç bankın xalis əməliyyat mənfəəti 764 milyon manat idi: ABB 322 milyon, PAŞA Bank 199 milyon, Kapital Bank 242 milyon manat.
2024-cü il üzrə 5 bankın mənfəəti isə 807 milyon manatdır. Yəni ümumi məbləğin 72 faizi beşliyin büdcəsində oturub.
Yeganə zərər açıqlayan bank Bank BTB isə vergilər və bank fəaliyyəti ilə bağlı gözlənilməz xərclər ödənilənədək 4 milyon 134 min manat həcmində mənfəət əldə edib. Lakin gözlənilməz fəaliyyət növlərindən və əvvəlki dövr üçün uçotdakı dəyişikliklər bu bank üçün 4 milyon 973 min manat xərc yaradıb. Nəticədə bank yekunu 839 min manat zərərlə bağlayıb.
Bankın adı |
Xalis mənfəət, min manatla |
Xalis zərər, min manatla |
ABB (Beynəlxalq Bank) |
293 milyon 732 |
|
PAŞA Bank |
210 milyon 538 |
|
Kapital Bank |
186 milyon 501 |
|
Xalq Bank |
65 milyon 700 |
|
Bank Respublika |
50 milyon 570 |
|
Yelo Bank |
43 milyon 298 |
|
Bank of Bakıı |
25 milyon 931 |
|
Azər-Türk Bank |
21 milyon 308 |
|
Unibank |
20 milyon 400 |
|
Rabitəbank |
14 milyon 851 |
|
Ziraat Bank Azərbaycan |
14 milyon 505 |
|
Yapı Kredi Bank Azərbaycan |
12 milyon 375 |
|
Expressbank |
11 milyon 238 |
|
Premium Bank |
9 milyon 684 |
|
Bank VTB (Azərbaycan) |
9 milyon 538 |
|
Bank Melli İran Bakı filialı |
7 milyon 716 |
|
Azərbaycan Sənaye Bankı |
6 milyon 450 |
|
AccessBank |
5 milyon 462 |
|
AFB Bank |
4 milyon 578 |
|
Bank Avrasiya |
3 milyon 930 |
|
Turanbank |
2 milyon 496 |
|
Bank BTB |
|
839 min |