Bank

Aktivlərin illik artım dinamikasında AzərTürkBank liderdir - TOP-5 BANK HANSILARDIR?

Maliyyə sektorunun ən mühüm göstəricilərindən biri Aktivlərdir. ENA.az təhlil xarakterli mövzularını davam etdirərək, ölkə banklarının aktivlərinin həcmini və illik dinamikanı tərtib edib. 

Diqqətiçəkən məqamlardan biri odur ki, ilk TOP-5 bankdan üçünün aktivləri 2024-cü il ərzində azalıb. Yalnız KapitalBank və Bank Respublika aktivlərin həcminə görə yaşıl zonada irəliləyib. 

Aktivlərin həcminə görə ən yaxşı artım dinamikasını dövlət bankı olan Azər Türk Bank ASC göstərib - 109,3%! İkincilikdə Yapı Kredi Bank Azərbaycan QSC qərarlaşıb - 42%. Üçüncü pillədə KapitalBank ASC-dir və bank ötən bir ildə aktivlərində 31,33% artım nümayiş etdirib. 

Aktivlərdə ən böyük azalma nümayiş etdirən Yelo Bankın göstəricilərinə baxsaq, kredit portfeli və digər seqmentlərdə il ərzində artım dinamikası davam edib. Xüsusən də biznes kreditləri 104 milyon manat artıb. Azalma isə bankın nağd vəsaitlərinin 457 milyon manat kiçilməsi ilə bağlıdır.  

Bank adları

2024-cü il yekun, milyon manatla

2023-cü il yekunu, milyon manatla

İllik dinamika, % ilə

ABB ASC

13628.9

13668.2

-0.29

Kapital Bank ASC

11372.3

8659.6

31.33

PAŞA Bank ASC

8220.2

8651.4

-4.98

Xalq Bank ASC

3068.8

3082.5

-0.44

Bank Respublika ASC

2176.6

2131

2.14

Azər Türk Bank ASC

2084.3

995.5

109.37

Unibank KB ASC

1759.7

1590.7

10.62

AccessBank QSC

1485.3

1392.3

6.68

Yelo Bank ASC

1279.6

1566.5

-18.31

Rabitəbank ASC

1154.5

1138.5

1.41

Bank of Baku

934.3

870.9

7.28

TuranBank ASC

849.8

822.8

3.28

Azərbaycan Sənaye Bankı ASC

779.2

749.2

4.00

Ziraat Bank Azərbaycan ASC

742.9

636.7

16.68

Yapı Kredi Bank Azərbaycan QSC

730.4

514.9

41.85

Premium Bank ASC

640.9

658.1

-2.61

Expressbank ASC

620.2

560.2

10.71

Bank BTB ASC

362.8

369.2

-1.73

Bank VTB (Azərbaycan) ASC

317.1

249.9

26.89

AFB Bank ASC

295.2

330.7

-10.73

Bank Avrasiya ASC

184

184.5

-0.27

BankMelli İran Bakı filialı

119.1

121.8

-2.22

 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)