Bank

Azərbaycanlılar bankın rəhbərliyindən tam olaraq çıxardılıb

Monteneqroda fəaliyyət göstərən Azərbaycana məxsus “Nova Banka Podgorica” SC-nin (əvvəllər “Azmont Bank”) Amerika şirkətinə satıldıqdan sonra rəhbərlikdə olan Azərbaycanlıların adı siyahıdan çıxarılıb.

ENA.az xəbər verir ki, bankın Direktorlar Şurası sədri olan Ahmet Erentok ilə yanaşı 3 Azərbaycan vətəndaşı – Qorxmaz Ağayev, Rəşad Əliyev və Rəşad Rəsullu siyahıdan adları çıxarılıb.

Bu bankın Direktorlar Şuarsı Fraser Marcus-a tapşırılmaqla bütün heyət avropalılardan ibarət olacaq.

Top menecement funksiyasını həyata keçirən İdarə Heyətinin sədri olan – “Ata Bank”ın sabiq əməkdaşı olmuş Kamran Məmmədovun da adı siyahıdan çıxarılıb. Onunla yanaşı bütün Azərbaycanlıların adı siyahıdan yer almayıb. Hazırda İdarə Heyətinə Dorde Lukich adlı şəxs sədrilik edəcək.

Xatırladaq ki, 2020-ci ilin fevralında Kumbor şəhərində yerləşən “Azmont İnvestments LLC” şirkəti bankı tam həcmdə ABŞ-ın Uilminqton şəhərində yerləşən “Adriatic Capital LLC” şirkətinə satıb. “Azmont İnvestments”in ana şirkəti olan “Azerbaijan Global İnvestments” LLC-nin səhmdarları “Pasha Development”, “Ata Holding”, “Synergy Group” şirkətləridir.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)