İnşaat və əmlak

Bakıda 85 ilin körpüsü bu gün sökülür - FOTO

Xəbər verdiyimiz kimi, “28 May” küçəsindəki məşhur dəmiryol körpüsü söküləcək. 

“ENA” xəbər verir ki, Bakı Nəqliyyat Agentliyinin Mətbuat Xidmətinin rəhbəri Mais Ağayevin sözlərinə görə, körpünün söküntü işləri bu gündən aparılacaq. 

O, bildirib ki, söküntü işləri ilə əlaqədar olaraq avtonəqliyyat vasitələrinin hərəkəti sözügedən küçənin Yusif Səfərov və Kövkəb Səfərəliyeva küçələri arasında yerləşən hissəsi ilə hərəkəti məhdudlaşdırılacaq. Məhdudlaşma martın 9-u axşam saatlarına qədər tətbiq olunacaq.

Xatırladaq ki, bir neçə il öncə həmin körpüdə baş verən qəza onu zədələmişdi. Belə ki, betonvuran (pompa) nəqliyyat vasitəsi sürətlə hərəkət edərək körpünün altında ilişərək qalmışdı. 

1935-ci ildə tikilmiş həmin körpü sonuncu dəfə 1978-ci ildə əsaslı təmir olunmuşdu. 

 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department