Türkiyə özəl mülkiyyətdə olsa da iki il əkilməyən torpaqları icarəyə verəcək
Türkiyənin Kənd Təsərrüfatı və Meşə Təsərrüfatı Nazirliyi əkilməyən kənd təsərrüfatı torpaqları ilə bağlı yeni qərar qəbul edib. Müvafiq olaraq, ardıcıl iki il becərilməyən xüsusi mülkiyyətdə olan kənd təsərrüfatı torpaqlarının icarəyə verilməsi ilə bağlı hazırlanan əsasnamə qüvvəyə minib.
Rəsmi Qəzetdə dərc olunan əsasnaməyə əsasən, “Xəzinədarlığın xüsusi mülkiyyətində olan və ya dövlətin sərəncamında olan kənd təsərrüfatı torpaqları istisna olmaqla, fiziki və ya hüquqi şəxslərə məxsus olan və ardıcıl iki il becərilməyən kənd təsərrüfatı torpaqları, torpaqların xüsusiyyəti dəyişdirilmədən və kənd təsərrüfatı istehsalında istifadə edilmək şərti ilə bu Qaydalara tabedirlər. Nazirlik öz müddəaları çərçivəsində bu torpaqları mövsümi əsaslarla icarəyə verilir".
Nazirlik tərəfindən icarəyə veriləcək kənd təsərrüfatı təyinatlı torpaqların cari icarə dəyərinin müəyyən edilməsi və icarə əməliyyatlarının aparılması üçün komissiya yaradılacaq.