Warning: unlink(cache/default.luxe): No such file or directory in /home/nizami83/public_html/includes/Parser.php on line 129
Azərbaycanda milyonluq holdinq 500 manatlıq şirkətə çevrilir | ENA.az
BİZNES

Azərbaycanda milyonluq holdinq 500 manatlıq şirkətə çevrilir

“MSDIS HOLDING” MMC-nin 26 iyul 2024-cü il tarixdə keçirilmiş ümumi yığıncağında cəmiyyətin nizamnamə kapitalı hər səhmin nominal dəyərinin azaldılması yolu ilə 2 572 000 (iki milyon beş yüz yetmiş iki min) manatdan azaldılaraq 500 (beş yüz) manat endirilib.

Banker.az xəbər verir ki, bu barədə “MSDIS HOLDING” MMC-nin İdarə Heyəti məlumat yayıb.

Kreditorların yazılı tələbləri bir ay müddətində MMC-nin yerləşdiyi Bakı şəhəri, Nərimanov rayonu, Xətai prospekti, ev 34 ünvanda yerləşən ünvandan qəbul olunur.

Xatırladaq ki, “MSDIS HOLDING” MMC 2020-ci ildə təsis edilib, onun qanuni təmsilçisi Mirfəyyaz Nağıyev Oktay oğludur.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)