Bank

5 bankın öhdəlikləri 1 milyard manatdan çoxdur

"Atabank" istisna olmaqla Azərbaycanda fəaliyyət göstərən 29 bankdan 5-nin bu il yanvarın 1-nə öhdəlikləri 1 milyard manatdan çox olub.

Bunlar "Azərbaycan Beynəlxalq Bankı" (7 milyard 883 milyon 741 min manat), "PAŞA Bank" (4 milyard 291 milyon 682 min manat), "Kapital Bank" (3 milyard 718 milyon 268 min manat), "Xalq Bank" (2 milyard 38 milyon 739 min manat) və "Bank Respublika"dır (1 milyard 335 milyon 109 milyon manat).

Qalan 24 bankdan 21-də öhdəlikləri 100 milyon manatdan 1 milyard manata qədər, 2 bankda 10-100 milyon manat arasında, 1 bankda isə 10 milyon manatdan azdır.

 

Azərbaycanda 10 bankın öhdəlikləri azalıb
 
"Atabank" istisna olmaqla Azərbaycanda fəaliyyət göstərən 29 bankdan 10-nun bu il yanvarın 1-nə öhdəlikləri illik müqayisədə az olub.

Bunlar "Yapı Kredi Bank Azərbaycan", "Access Bank", "Bank Avrasiya", "Turan Bank", "Amrah Bank", "Rabitəbank", "Azər-Türk Bank", "AGBank", "Express Bank" və Pakistan Milli Bankının Bakı filialıdır. Ən az azalma "Yapı Kredi Bank Azərbaycan"da (0,2%), ən çox azalma isə Pakistan bankında (70%) qeydə alınıb.

Qalan 19 bankın öhdəlikləri isə artıb. Ən yüksək dinamika "AFB Bank"da (49,8%), ən aşağı dinamika isə "PAŞA Bank"da (0,3%) qeydə alınıb.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)