MALİYYƏ

Gəncə şəhəri Avropa bankı ilə razılaşdı - ŞƏHƏR YENİLƏNƏCƏK

Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) və Azərbaycan Gəncə şəhəri şəhər layihələrinin işlənib hazırlanmasına dair razılığa gəlib. Gəncə şəhəri AYİB Yaşıl Şəhərlər proqramına qoşulur.

"Gəncə şəhəri və AYİB şəhərdə təkmilləşdirmələr ilə bağlı birgə fəaliyyətə dair razılığa gəlmişdirlər. Bank Azərbaycanın ikinci böyük şəhərində infrastrukturun yenilənməsi layihələrini maliyyələşdirməyə hazırdır Gəncə şəhəri AYİB-in Yaşıl Şəhərlər dayanıqlıq proqramına qoşulmaq niyyətindədir",- AYİB-dən Marja-ya bildirilib. 

Azərbaycanın ikinci ən böyük şəhərində yaşayan 300 min nəfərdən çox əhali Gəncə şəhəri və AYİB arasında əməkdaşlıq çərçivəsində şəhər ərazisində aparılacaq təkmilləşdirmələrdən bəhrələnəcək.

Gəncə şəhərində infrastrukturun və yaşayışın yaxşılaşdırılması Gəncə Şəhəri İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov və AYİB-in birinci vitse-prezidenti Jurgen Rigterink arasında bu gün Bakıda keçirilən görüşün əsas mövzusu olub. 

Azərbaycanın qərbində yerləşən Gəncə şəhərinin  AYİB-in uğurlu şəhər dayanıqlılıq proqramına qoşulmaqda maraqlı olduğu qeyd edildib. 

Proqramın tərkib hissəsi kimi, AYİB ətraf mühit problemlərinin aşkar edilməsi, prioritetləşdirilməsi və həlli üçün Yaşıl Şəhər üzrə Tədbirlər Planının işlənib hazırlanmasında Gəncə şəhərinə kömək edəcək. Bank həmçinin şəhərin küçə işıqlandırma sisteminin, şəhəri nəqliyyatı, su və çirkab su ilə bağlı xidmətlərin, bərk tullantıların idarə edilməsi, mərkəzi istilik sistemi və bərpa olunan enerji infrastrukturunun yenilənməsi və inkişaf etdirilməsi ilə bağlı layihələri maliyyələşdirməyə hazırdır.

"AYİB Yaşıl Şəhərlər proqramı şəhərlərin öz sakinlərinin həyat keyfiyyətini yüksəltməyə kömək üçün əlçatan dəstəyi təklif etmək məqsədilə yaradılıb. Proqramda iştirak edən bütün şəhərlər öz yerli mühitini yaxşılaşdırmağı hədəfləyən ilk layihəni həyata keçirdikdən  sonra, AYİB-in köməkliyi ilə öz ehtiyaclarına ən uyğun gələn növbəti investisiya və siyasət dəyişikliklərini müəyyən etmək üçün tədbirlər planı hazırlamağa başlayır.

Dünyada enerjinin 70 faizini istehlak edən və istixana qaz emissiyalarının 80 faizi payına düşən şəhərlər iqlim dəyişikliyi və ətraf mühitin məhvini dayandırmaq üçün böyük imkan vəd edir. Bu hal xüsusilə AYİB-in fəaliyyət göstərdiyi şəhərlər üçün xüsusilə aktualdır. Belə ki, bu şəhərlərdə köhnə şəhər infrastrukturları vətəndaşların həyat keyfiyyətini aşağı salr, istixana qaz emissiyalarını artırır və sakinlərin iqlim dəyişikliyinin şərtlərinə uyğunlaşmasına çətinlik yaradır",- məlumatda deyilir.

AYİB Azərbaycanda aparıcı institusional investorlardan biridir. İndiyədək AYİB Azərbaycanda 168 layihəyə 3,3 milyard avro investisiya qoyuluşu etmişdir. Bank həmçinin yerli kiçik və orta sahibkarlıq müəssisələrinə biznes məsləhət xidməti göstərir və mindən artıq şirkətin öz göstəricilərini yaxşılaşdıraraq inkişafına yardım etmişdir.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)