Neft bahalaşır
Dünya birjalarında neftin qiyməti artıb.
ENA.az xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1,06 dollar və ya 2,27% artaraq 47,81 dollar təşkil edib.
ICE London qitələrarası birjasında Brent markalı neftin qiyməti isə 1,05 dollar və ya 2,02% artaraq 52,95 dollar təşkil edib.