Apple köhnə iPhone sahiblərinə 25 dollar ödəyəcək
Apple şirkəti, iPhone 6, 6S, 7 və SE model telefona sahib müştərilərinə tələb etmələri halında 25 dollar ödəyəcək.
ENA.az xəbər verir ki, köhnə telefon modellərini qəsdli olaraq yavaşlatdığı iddiası üzrə açılan cinayət işində 500 milyon dollar ödəməyi qəbul edən Apple şirkəti, iPhone 6, 6S, 7 və SE model telefona sahib müştərilərinə tələb etmələri halında 25 dollar ödəyəcək.
Apple şirkəti 2017-ci ildə, "gözlənilməz şəkildə bağlanmaların qarşısını almaq" üçün köhnə model cihazları yavaşlatdığını qəbul edib. Bəzi müştərilər bunu hiss etmişdi.
Məşhur texnologiya şirkəti, səhvini qəbul etməsinin ardından batareya dəyişmələrində 29 dollarlıq endirimə getmişdi. Ancaq, bir çox adam bu müddətdə yüzlərlə dollar xərcləyib yeni telefon aldıqlarını və zərər çəkdikləri üçün vəkillərinə müraciət etmişdi.
Şirkət istehlakçı vəkilləri ilə razılaşma yolunu seçib və 500 milyon dollara qədər ödəniş etmək sözü verib.
Razılaşmaya görə, iPhone 6, 6S, 7 və SE model telefonu olan müştərilər tələb etmələri halında şirkətdən 25 dollar ala biləcək.