Sosial iqtisadiyyat

Bakıdan Dubaya uçan təyyarə yarı yoldan geri qayıtdı

"Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) bu gün saat 10:12-də Bakıdan Dubaya yola düşən J2-011 nömrəli reysində hava gəmisinin kapitanı geri qayıtmaq qərarı verib və Heydər Əliyev Beynəlxalq Aeroportuna eniş üçün icazə istəyib.

Eləcə də bax: Nur-Sultan-Bakı aviareysləri dayandırılır

"ENA" AZAL-a istinadən xəbər verir ki, planlaşdırılmamış eniş texniki səbəblər üzündən baş verib.

Təyyarə saat 10:44-də Bakının aeroportunda uğurlu eniş edib. 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)