Sosial iqtisadiyyat

Nur-Sultan-Bakı aviareysləri dayandırılır

Martın 5-dən Nur-Sultan-Bakı aviareysləri dayandırılır. 

“NewTimes.kz” məlumat verir ki, Almatı-Bakı aviareyslərinin sayı beşdən birə, Aktau-Bakı aviareyslərinin sayı isə yeddidən birə endiriləcək.

Bunu Qazaxıstanın Sənaye və infrastrukturun inkişafı üzrə nazir müavini Berik Kamaliyev açıqlayıb.

“Bu uçuşların dayandırılması ilə əlaqədar martın 1-dən sərnişinlər cəriməsiz aldıqları biletləri qaytara bilərlər”, - deyə o bildirib. 

Qeyd edilib ki, bu günlərdə Azərbaycanda koronavirus epidemiyasına üç yoluxma faktı qeydə alınıb. 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)