Nazirlər Kabinetindən koronavirus açıqlaması - XƏBƏR DOĞRUDUR
Azərbaycanda ilk koronavirusa yoluxma faktı təsdiqlənib.
Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmədov açıqlamasında Azərbaycanda koronavirusa yoluxma faktını təsdiqləyib.
O bildirib ki, rəsmi qurumlar tərəfindən bütün zəruri tədbilər görülür:
“Mütəmadi olaraq vətəndaşlara məlumatlar veriləcək”.
İ.Məmmədov bir az əvvəl Operativ Qərargahdan Modern.az-a verilən təkzib xəbərinin yanlışlıq olduğunu deyib.
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin mətbuat katibi Aynurə Əhmədova açıqlamasında faktı təsdiqləyib, insanlara diqqətli olmağı tövsiyə edib.