Azərbaycanda kredit qoyuluşu 21% artıb
Bu il fevralın 1-nə Azərbaycanda kredit qoyuluşu 15 116,4 milyon manat təşkil edib.
“ENA” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, yanvarın 1-i ilə müqayisədə 1,45% çoxdur.
İllik müqayisədə isə ölkədə kredit qoyuluşu 20,5% artıb.