Sosial iqtisadiyyat

Aktiv ƏDV ödəyicilərinin sayı 16% artıb

1 yanvar 2025-ci il tarixinə aktiv vergi ödəyicilərinin sayı 5.9 faiz artaraq 806.9 min, aktiv ƏDV ödəyicilərinin sayı isə 15.6 faiz artaraq 52.8 min təşkil edib.

ENA.az bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir.

Həmin tarixə aktiv təsərrüfat subyektlərinin (obyektlərinin) sayı 6.3 faiz artıb və 217.4 min olub.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)