Nazir: "Dövlət-özəl sektor tərəfdaşlığının inkişafı effektiv nəticə verir"
![](https://ena.az/uploads/news/2025-01/_ena_e8ee6956e457dd837dda1235f_o.jpg)
Azərbaycanda dövlət-özəl tərəfdaşlığının inkişafı sahibkarlıq fəaliyyətinin stimullaşdırılması istiqamətində effektiv nəticə verir.
Bunu iqtisadiyyat nazir Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında bildirib.
O qeyd edib ki, Dünya İqtisadi Forumunun hökumət texnologiyalarının qlobal ictimai təsiri ilə bağlı hesabatında Azərbaycanda dövlət-özəl tərəfdaşlığı layihələri, iqtisadiyyatın rəqəmsallaşması üzrə əldə edilmiş uğurlar xüsusi vurğulanıb: “İqtisadi səmərəlilik və sosial fayda, strateji biznes imkanları, dövlət xidmətlərinin həyata keçirilməsində özəl sektorun iştirakı qeyd edilib. Dövlətlə sahibkar arasında etimad mühitinin möhkəmləndirilməsi özəl sektorun təşəbbüslərini və investisiya qoyuluşlarını artırır”.