Monqolustan prezidenti koronavirusa görə karantinə altına alındı

Monqolustan prezidenti Xaltmaa Battulqa koronavirusla əlaqədar karantinə yerləşdirilib.
ENA.az “Sputnik”ə istinadən xəbər verir ki, prezident Xaltmaa Battulqa ötən gecə Çindən qayıdıb.
Ölkəsinə qayıdan dövlət başçısı karantinə alınıb. O və Monqolustanın Xarici İşlər naziri 14 gün müddətində karantində olacaq.
Maraqlıdır ki, Monqolustan prezidentinin Çinə səfərində məqsəd koronavirusla bağlı mübarizə məsələlərini müzakirə etmək olub.