Qazaxıstan martın 1-dən İrana uçuşları dayandırdı
1 Mart, 2020-ci ildən koronavirus səbəbindən Qazaxıstan İrana uçuşları dayandırır, Cənubi Koreya ilə uçuşların sayını isə azaldır. Bu barədə çərşənbə günü respublikanın baş tibb işçisi Jandarbek Bekshin bildirib.
"Martın 1-dən Cənubi Koreyaya gediş-gəlişlərin sayı həftədə doqquzdan üç uçuşa qədər məhdudlaşacaq. Qazaxıstan Respublikası ilə İran İslam Respublikası arasında hava əlaqəsinin martın 1-dən etibarən dayandırılması qərara alınıb" - deyə Bekşin çərşənbə günü Nur Sultandakı brifinqdə bildirib.
Qeyd edək ki, "Azal" Dövlət Konserni İrana uçuşları hələki davam etdirir.