Sağlamlıq

İranda koronavirusdan ölənlərin sayı 16-ya çatdı

İranda yeni koronavirusdan ölənlərin sayı 16 nəfərə çatıb.

ENA.az xəbər verir ki, bu İran hökumətinin informasiya portalı olan IRNA informasiya agentliyinin infoqrafikasında öz əksini tapıb.

İnfoqrafikaya əsasən, İranın 11 vilayətində, Qum, Tehran, Gilan, Mazandaran, Həmədan, Əlborz, Mərkəzi, İsfahan, Rəzəvi Xorasanı, Hörmüzqan və Simnan vilayətlərində koronavirusa yoluxma halı qeydə alınıb.

İndiyədək 60-dan çox şəxsin bu virusa yoluxduğu və 24 nəfərin sağaldığı bildirilir.

İranın Səhiyyə, Müalicə və Tibbi Nazirliyi ötən gün yeni koronavursa yoluxma nəticəsində 12 nəfərin öldüyünü, 60-dan çox şəxsin yoluxduğunu və 900-dən çox yoluxma şübhəsinin olduğunu təsdiqləyib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department