Banklar hərraca 600 milyon manat çıxartdı: Mərkəzi Bank 16%-ni aldı
24.02.2020-ci il tarixində Mərkəzi Bank tərəfindən 14 gün müddətinə vəsaitlərin cəlb edilməsi üzrə keçirilmiş depozit hərracında tələb 602,9 milyon manat, hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 5,51% təşkil etmişdir.
ENA.az xəbər verir ki, Mərkəzi Bank 100 milyon manat cəlb etməyi nəzərdə tutduğundan tələb təklifi 6 dəfə üstələyib.
Xatırladaq ki, 19.02.2020-ci il tarixində Mərkəzi Bank tərəfindən 28 gün müddətinə vəsaitlərin cəlb edilməsi üzrə keçirilmiş depozit hərracında tələb 597 manat təşkil etmişdi.