Çindən kənarda koronavirusa yoluxanların sayı sürətlə artır - 1 700 NƏFƏRİ ÖTDÜ

Çindən kənarda koronavirusa yoluxanların sayı 1 769 nəfərə çatıb.
“ENA” RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının məlumatında bildirilir.
Məlumata görə, son gün ərzində Çindən xaricdə - dünyanın ayrı-ayrı ölkələrində virusa yoluxma ilə bağlı təsdiq edilmiş hadisələrin sayı 367-yə qədər artıb. Çin istisna olmaqla, virusa yoluxma daha 28 ölkədə qeydə alınıb. Ölümlə nəticələnən hadisələrin ümumi sayı 17-dir. COVID-19-dan bir gün ərzində 6 nəfər ölüb.
Eləcə də bax: Koronavirus barədə səs yazısı ilə bağlı - RƏSMİ AÇIQLAMA
Çindəki vəziyyətə gəlincə, son məlumatlara görə, ölkədə 2 445 nəfər koronavirusun qurbanı olub, daha 77 042 virusa yoluxub. Xəstəlikdən 22,8 mindən çox insan sağalıb.