“MasterCard” Azərbaycan üzrə yeni menecer TƏYİN ETDİ
![](https://ena.az/uploads/news/2020-02/_ena_c84417b5c7993e58ee1cc73ca_o.jpg)
“MasterCard” şirkətində yüksək sürətlə genişlənən bazarlarda marketinq və kommunikasiya üzrə vitse-prezident vəzifəsinə yeni təyinat olub.
“ENA” xəbər verir ki, bu vəzifəyə Ceren Türkben Kaya gətirilib.
2013-cü ildən “MasterCard”da çalışan C.T.Kaya bundan öncə Cənub-Şərqi Avropa bazarları üzrə koordinator olub.
Yeni təyinatla Azərbaycan, Türkiyə, Qazaxıstan, Belarus, İsrail və Özbəkistan kimi ölkələrin bazarlarına cavabdeh olacaq.
Türkiyənin Boğaziçi Universitetinin məzunu olan C.T.Kaya karyerasına 2002-ci ildə “Reckitt Benckiser Turkey”də başlayıb.