ENA+

Azərbaycanda yük və sərnişin daşınması artıb

Bu ilin 9 ayında yük daşınması 1,5%, sərnişin daşınması isə 1,3% artıb.

BI” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, nəqliyyat sektorunda fəaliyyət göstərən müəssisələr və fiziki şəxslər tərəfindən 2018-ci ilin yanvar-oktyabr aylarında 188,9 milyon ton yük və 1634,3milyon sərnişin daşınıb.

Məlumata görə, 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə yük daşınması 1,5%, sərnişin daşınması isə 1,3% artıb. Yüklərin 64,7 %-i avtomobil, 25,5 %-i boru kəməri, 6,1%-i dəmir yolu, 3,6%-i dəniz, 0,1 %-i isə hava nəqliyyatı ilə daşınıb.

Hesabat dövründə sərnişinlərin 88,1%-i avtomobil, 11,6%-i metro, qalanları isə hava və dəniz nəqliyyatı vasitələri ilə daşınıb.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)