BDU-nun iki prorektoru və bir dekanı işdən çıxarılıb
![](https://ena.az/uploads/news/2020-01/_ena_3ebfe4e287a5f9387a1ca3d7f_o.jpg)
Bakı Dövlət Universitetinin (BDU) iki prorektoru işdən çıxarılıb.
“ENA” xəbər verir ki, bununla bağlı müvafiq əmr imzalanıb.
Ali məktəbin Elm və innovasiyalar üzrə prorektoru, Fizika-riyaziyyat elmləri doktoru, professor, AMEA-nın müxbir üzvü Aydın Kazımzadə və Ümumi işlər üzrə prorektoru Cəfər Eyvazov vəzifələrindən azad olunub.
Eləcə də bax: İndiki məktəbli formalarının aqibəti necə olacaq? - BTE-dən AÇIQLAMA
BDU-nun Həmkarlar İttifaqı Komitəsinin sədri, fizika elmləri doktoru Hüseyn Məmmədov universitetin Elm və innovasiyalar üzrə prorektoru təyin olunub.
Bundan başqa, BDU-nun Biologiya kafedrasının dekanı Əməkdar elm xadimi, professor Akif Quliyev işdən çıxarılıb.