Sosial iqtisadiyyat

"Zəlzələ gecə baş versə 150 min nəfər öləcək"

Türkiyə İnşaat Mühəndisləri Birliyinin (İMO) sədri Cemal Gökçe tərəfindən, Elazığda baş vermiş zəlzələnin İstanbuldakı köhnə binaların təcili yenilənməsi üçün böyük bir xəbərdarlıq olduğunu söyləyib.

Gökçe, İstanbulda ola biləcək bir zəlzələdə 100 minlərlə binanın dağılacağını və zəlzələnin gecə reallaşması halında 150 min nəfərin, gündüz olması halında da 50 min nəfərin öləcəyini iddia edib.

Cemal Gökçe, "Binalarımız çürükdür. Elazığ zəlzələsini görüb tədbir görməsək bu ölkə İstanbul zəlzələsinin altından qalxa bilməz" deyib. 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)