Birja

Qızıl və gümüş ucuzlaşıb (07.07.2025)

ABŞ Prezidenti Donald Trampın bir neçə ticarət razılaşmasında irəliləyiş əldə olunduğunu bildirməsi və bir sıra ölkələr üçün tarif güzəştlərini uzatdığını açıqlaması nəticəsində qızılın qiyməti ucuzlaşıb. Bu, təhlükəsiz liman sayılan metala tələbata mənfi təsir edib.

ENA.az birja məlumatlarına istinadən xəbər verir ki, Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyası üzrə fyuçerslərinin dəyəri 0.90% azalaraq 3,316.50 ABŞ dollarına bərabər olub.

COMEX-də gümüşün bir unsiyası üzrə fyuçerslərinin qiyməti isə 1.18% azalaraq 36.69 ABŞ dolları təşkil edib. 

İnvestorlar ABŞ ticarət siyasətindəki dəyişiklikləri izləməyə çalışdıqları üçün qızıl ucuzlaşıb.

ABŞ prezidenti Donald Trampın BRİKS ölkələrinə əlavə 10%-lik gömrük rüsumuna eyham vurmasından sonra qızıl külçələrinin qiymətləri bir qədər ucuzlaşıb.

Qızıl bu il indiyədək 25%-dən çox dəyər qazanıb və aprel ayında rekord həddən 190 dollara yaxın ticarət olunur. Artan geosiyasi və ticarət gərginliyi fonunda investorlar etibarlı sığınacaq kimi qızıla üz tuturlar.

Sinqapur vaxtı ilə saat 11:05-ə olan məlumata görə, spot qızıl 0,8 faiz ucuzlaşaraq bir unsiya üçün 3,309,31 dollar olub; Keçən həftə təxminən 2 faiz artmışdı. Bloomberg Dollar Spot İndeksi 0,1 faiz artaraq qızılın cəlbediciliyini azaldıb. Gümüş, palladium və platin də dəyərini itirdi.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)