Türkiyədə güclü zəlzələ baş verib
Türkiyədə 6,8 bal gücündə zəlzələ baş verib.
“ENA” xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
Yeraltı təkanlar Elazığ şəhərinin Sivrice rayonunda 20.55-də qeydə alınıb. Təkanların ocağı yerin 7 kilometr dərinliyində olub.
Dağıntı və tələfat barədə hələlik məlumat yoxdur.
Avropa Aralıq Seysmologiya Mərkəzinin məlumatına görə, zəlzələ İsrail, İraq və Suriyada da hiss olunub.